“Hər şey əladır”

“Real”ın futbolçusu Cob Bellingem klubda adaptasiyanın necə getdiyi haqda danışıb.

Allsport.az xəbər verirki, 20 yaşlı ingiltərəli bu yay Dortmund “Borussiya”sından “kral klubu”na keçib.

“Düşünürəm ki, mənim üçün ən böyük problem hava şəraiti idi. Amma mən buna öyrəşirəm və indi özümü daha yaxşı hiss edirəm.

Hər şey əladır. Onlar əla insanlardır. Onlar qazandıqları bu qədər uğurlara baxmayaraq, çox sadəlöv insanlardılar” – Bellingem deyib.

Həmin kateqoriyadan