- Baxış sayı: 27
- 27 Avqust 2026 17:45
- Baxış sayı: 21
- Avqust 27, 2026
- 0


“Beşikdaş”ın müdafiəçisi Feliks Uduoxay karyerasını ölkəsində davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Union” almaniyalı futbolçunu transfer edib.
Bundesliqa təmsilçisi Uduoxay üçün Türkiyə klubuna 1,5 milyon avro təzminat ödəyib. 28 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Beşikdaş” Feliks Uduoxayı 2024-cü ilin yayında “Auqsburq”dan transfer etmişdi. Almaniya millisinin sabiq üzvü “qara qartallar”ın heyətində meydana çıxdığı 58 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.