Beynəlxalq hakimlərin seminarı

Milli karate federasiyasının dəvəti ilə fünya karate federasiyasının (WKF) hakimlər komitəsinin sədri, həmçinin Tokio olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Bakıda səfərdədir. Allsport.az xəbər verir ki, WKF rəsmisi iyunun 4-də milli hakimlər üçün beynəlxalq seminar keçirəcək.

Tokio yay olimpiya oyunlarının karate yarışlıarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda Eskalanteyə assitentlik edəcək.

Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara internet yayımı ilə qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək. 

Həmin kateqoriyadan