Beynəlxalq məşq düşərgəsi başa çatıb

Milli karate federasiyasının bazasında qadın karateçilər üçün beynəlxalq məşq düşərgəsi keçirilib. 

Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Denis Morozovun təşəbbüsü ilə AMKF-in təşkil etdiyi düşərgədə milli komandamızın üzvləri ilə birgə Ukraynalı olimpiya 2-si Anjelika Terlyuqa, yaponiyalı dünya və Asiya çempionu Ayumi Uekusa, eləcə də ABŞ, Macarıstan və Almaniya seçmə komandalarının titullu üzvləri iştirak edib.

Xarici qonaqlar düşərgəyə dəvət əsasında qatılıblar. Beynəlxalq məşq düşərgəsinin 30-dək iştirakçısına həftə ərzində hər biri 2 saatdan ibarət 8 taktiki məşq keçirilib. İdmançıların imkanları təhlil edilib və məşq günlərinin sonunda sərbəst yoxlanış döyüşləri olub. 

Həmin kateqoriyadan