Bilet satışı üzrə qeydiyyat başladı!

Bu gündən Bakı-2015 idman azarkeşlərinin bilet ala bilməsi üçün öz rəsmi veb saytında qeydiyyat səhifəsini açıq elan edib. Allsport.az saytı xəbər verir ki, veb sayt beynəlxalq və azərbaycanlı fanatlara 1-ci Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və Bakı 2015-lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır. Oyunlara doğru geriyə sayım davam edir və qeydiyyatdan keçən hər kəs ən son yeniliklər haqqında mütəmadi olaraq e-mail alacaqlar. Geniş ictimaiyyət üçün isə bilet satışı rəsmi olaraq gələn il açıq olacaq.

Bakı-2015-in Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq bu barədə deyib: “Birinci Avropa Oyunlarına doğru yaxınlaşdığımız üçün Bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətli məqam kimi qeyd olunur. Biz bilirik ki, idman azarkeşləri Bakı 2015 Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər öncədən almaq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək”.

Qeydiyyat səhifəsi Bakı-2015-in bilet satışı üzrə rəsmi dəstəkçisi olan Tickethour şirkəti tərəfindən hazırlanıb tətbiq edilib.

Bakı-2015-in Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib: “İdman azarkeşləri yarışlarda iştirak etməklə qitənin ən üstün idmançıları üçün yaradılmış bu unikal təcrübəni bölüşmək istəyəcəklər və biz bütün Azərbaycandan və Avropadan Oyunlara böyük maraq gözləyirik. Bu sistem Bakı 2015 ilə əlaqədar son xəbərlər haqqında məlumat almaq üçün ən yaxşı yerdir. Ona görə də mən bilet alışında maraqlı olanları ən qısa zamanda qeydiyyatdan keçməklə birinci Avropa Oyunlarındakı yerlərini tezliklə təmin etməyə çağırıram”.

Həmin kateqoriyadan