“Bir azərbaycanlı” Rövşən Xəlilova uğur gətirib

Moskvada pouerliftinq üzrə dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda milli komandamız da mübarizə aparıb. Bizdən ən yaxşı nəticəni Rövşən Xəlilov göstərib.

İlk milli idman geyimi ona düşərli olub, o, qızıl medal qazanıb. Digər təmsilçilərimizdən Ramil Əhməd 2-ci, İlyas Abdullayev 3-cü yer tutub.

Xatırladaq ki, voleybol meneceri İlqar İmamquliyevin təsis etdiyi “İl’Azero” (“Bir azərbaycanlı”) ilk milli idman brendidir.

Həmin kateqoriyadan