- Baxış sayı: 1
- 21 İyul 2026 17:53
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

DÇ-2026 futbol azarkeşləri üçün bir dövrün son mundialı kimi yadda qala bilər.
Allsport.az xəbər verir ki, futbol ictimaiyyətində yayılan paylaşımlarda Manuel Noyer, Gilyermo Oçoa, Luka Modriç, Xames Rodriqes, Neymar, Lionel Messi və Kriştiano Ronaldonun dünya çempionatındakı son çıxışlarını etmiş ola biləcəyi vurğulanıb.
Qeyd olunur ki, bu futbolçular uzun illər ərzində möhtəşəm seyvlər, yaddaqalan qollar, məhsuldar ötürmələr, emosional qələbələr və simvolik sevinclərlə dünya çempionatının tarixinə damğa vurublar.
Bildirilir ki, əgər bu ulduzlar DÇ-2030-da iştirak etməsələr, növbəti mundial əvvəlki turnirlərdən xeyli fərqli görünəcək.
Futbolsevərlər artıq sosial şəbəkələrdə bu əfsanələrdən hansının yoxluğunu daha çox hiss edəcəkləri ilə bağlı müzakirələr aparırlar.