- Baxış sayı: 22
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandanın Sandro Tonalinin qayıtmasına son dərəcə müsbət reaksiya verdiyini etiraf edib.
Allsport.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında yeni bir Tonali gördüklərini bildirib:
“Biz Tonalini qucaq açaraq qarşılamağa hazır idik. Bütün keyfiyyətlərini nəzərə alsaq, o, bizim üçün çox önəmlidir. Yeni bir Tonali gördük. O, hər şeyə qadirdir və meydanda hər kəsə kömək etməyə çalışır”.