- Baxış sayı: 83
- 30 İyul 2026 22:55
- Baxış sayı: 106
- İyul 30, 2026
- 0

İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmanın qarşıdakı turnirlər üçün hədəflərini açıqlayıb.
Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis hansı səviyyədə olduqlarını qarşıdakı matçlarda biləcəklərini deyib:
“Millətlər liqasının “A” divizionunda ən güclü komandalar yer alır və İtaliya da onlardan biridir. Qarşıda nəyə qadir olduğumuzu dərhal göstərəcək vacib oyunlarımız var. Qrup bizim üçün asan olmayacaq, amma rəqiblərimiz üçün də çətin keçəcək. İtaliya millisi dünya çempionatına vəsiqə qazandıqda rəqiblər narahat olur. İndi məqsədimiz mümkün qədər tez güclü komanda qurmaq, millətlər liqasında yaxşı çıxış etmək, Avropa çempionatına vəsiqə qazanmaq və sonra bütün diqqətimizi dünya çempionatına yönəltməkdir”.