“Bney Yəhuda”dan gələn futbolçudan tərbiyəsiz paylaşım

“Sumqayıt”ın yarımmüdafiəçi Əmir Ağayev tərbiyəsiz addımla qınağa səbəb olub. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı futbolçu sosial şəbəkədə cinsi orqanını nümayiş etdirən yumşaq oyuncaq paylaşıb.

Bu, məşhur “Çəhrayı bəbir” cizgi filminin qəhrəmanıdır. Ağayev fotonun altında yəhudi dilində post da yazıb.

Əmir “kimyaçılar”a ötən ilin yanvarında İsrailin “Bney Yəhuda” klubundan keçib. Onun Azərbaycan millisinə cəlb olunması müzakirə olunur.

Həmin kateqoriyadan