Bodibildinqçimizdən tarixi nailiyyət

Azərbaycan bodibildinqçisi Əliyulla Abbaszadə tarixi uğura imza atıb.
Allsport.az xəbər verir ki, təmsilçilərimiz İspaniyanın Sevilya şəhərində təşkil olunan mötəbər “Arnold klassik Avropa” yarışında 3 medal qazanıblar.

Əliyulla Abbaszadə (95 kq) bütün rəqiblərini üstələyib. O, həmçinin mütləq kateqoriyada bürünc medala yiyələnib. Bu nəticə Azərbaycan bodibildinq idmanı tarixində “Arnold klassik” yarışlarında qazanılan ilk mükafatlardır.

Digər idmançımız Rasim Həsənov isə mens fizik yarışlarında fərqlənərək qızıl medal qazanıb. O, mayda İspaniyada təşkil olunan Avropa çempionatında da 1-ci olmuşdu.

“Arnold klassik Avropa” yarışı 2011-ci ildən keçirilir. Hər il İspaniyada keçirilən yarış məşhur idmançı Arnold Şvartseneqqerin təşəbbüsü və beynəlxalq bodibildinq və fitness federasiyasının təşkilatçılığı ilə baş tutur.

Həmin kateqoriyadan