Bölgələrdə treninqlər

2022/23-cü illər mövsümünə hazırlıqla əlaqədar oğlanlar, qızlar, həvəskarlar, region liqası və futzal liqalarındakı komandaların nümayəndələri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, növbəti belə məşğələlər Tovuz, Gəncə və Mingəçevirdə olub.

Görüşlərdə yeni mövsüm üçün qeydiyyatın başlanması və son tarixləri, qeydiyyat zamanı yeni tətbiq ediləcək sənəd (azyaşlı həvəskar futbolçu təlim müqaviləsi), dəyişən qeydiyyat qaydaları və “Futbola qoşul” onlayn qeydiyyat platformasında yeni tətbiq ediləcək “Yarışların idarəetmə sistemi” bölməsi haqqında məlumatlar verilib.

Həmin kateqoriyadan