- Baxış sayı: 90
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

“Braqa” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, 21 yaşlı serbiyalı hücumçu Almaniyanın “Ştutqart” klubundan Portuqaliya təmsilçisinə transfer olunub.
Tərəflər 2031-ci ilədək müqavilə imzalayıblar. Müqavilədə futbolçunun sərbəstqalma məbləği 60 milyon avro göstərilib.
Transferin dəyəri 8 milyon avro təşkil edib.
Qeyd edək ki, Miloşeviç ötən mövsüm icarə əsasında “Verder”də çıxış edib. O, Bundesliqada 13 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.