- Baxış sayı: 36
- 17 Avqust 2026 23:45
- Baxış sayı: 18
- Avqust 17, 2026
- 0

İngiltərə millisinin və “Lester Siti”nin sabiq hücumçusu Ceymi Vardi Braziliyada çıxış edə bilər.
Allsport.az xəbər verir ki, “San Paulu” klubu 39 yaşlı forvarda maraq göstərir.
Braziliya təmsilçisi azad agent statusunda olan Vardini heyətinə qatmaq üçün onunla əlaqə saxlayıb. İngiltərəlinin karyerasını harada davam etdirəcəyi hələ məlum deyil. O, bir neçə variantı nəzərdən keçirir və yekun qərarını verməyib.
Vardi 2012-2025-ci illərdə “Lester Siti”də çıxış edib. O, 2025/26 mövsümünü İtaliyanın “Kremoneze” klubunda keçirib və 29 oyunda 7 qol vurub.