FOTO
Braziliyanın ən gözəl fitnes-məşqçisi sinəsinə qulluq etməyi sevir

Braziliyalı fitnes-model Mariana Kastilyu ölkədə tanınan məşqçilərdən biridir. Allsport.az xəbər verir ki, o, məşqçi olmaq üçün çox zəhmət çəkib.

Tələbə vaxtı artıq çəkidən əziyyət çəkən Kastilyo arzuladığı bədən quruluşuna gec qovuşub. İndi Mariana populyarlığı ilə fitnes məktəbi açıb və insanları sağlam həyata çağırır.

O, sosial hesabında düzgün qidalanma və məşq proqramları paylaşır. Gözəlçə ayaq və sinəsi ilə yanaşı, çiyin əzələlərinin məşqini də çox sevir.

Kökəlməyə meyilli olan Mariana bu səbəbdən qidaya xüsusi diqqət yetirir. O, buna görə pəhrizlə yaşamağa məhkum olduğunu bildirib. Kastilyu izləyicilərinə daim yağlı yeməklərdən uzaq durmağı çağırır.

Həmin kateqoriyadan