“Brilliant oğlan” Parisdə premyer liqasında 2-ci yer tutub

Azərbaycan karatesinin öncülü Rafael Ağayev (75 kq) Parisdə premyer liqada 2-ci yeri tutub. Allsport.az saytı xəbər verir ki, dünya şöhrətli kimono ustası yaponiyalı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.

Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. “Kiçik dünya çempionatı” adlandırılan Paris premyer liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə 7 yarışlıq nüfuzlu seriyasında növbəti turnir 16-18 fevralda Dubayda keçiriləcək. 30 yanvarda Bakıya dönən Azərbaycan karateçiləri yarşa hazırlıqlarını davam etdirəcəklər.

Həmin kateqoriyadan