Britaniya portalı Avropa Oyunlarına bilet əldə edilməsi ilə bağlı informasiya yayıb

Böyük Britaniyanın “Inside the Games” xəbər portalı Bakıda keçiriləcək birinci Avropa Oyunlarına biletlərin əldə edilməsi ilə bağlı informasiya yayıb. İnformasiyada qeyd edilir ki, idman həvəskarlarının həsrətlə gözlədiyi oyunlara biletləri paytaxtın müxtəlif yerlərində təşkil olunmuş kabinələrdən əldə etmək olar.

Martın 20-dən etibarən biletlərin onlayn satışı təmin edilib. Diqqətə çatdırılır ki, Bakının müxtəlif yerlərində Avropa Oyunları ilə bağlı musiqili-əyləncəli nümayişlər keçirilir.

Allsport.az xəbər verir ki, informasiyada gənclər və idman naziri Azad Rəhimovun bilet satış məntəqələrinin yaradılmasının əhəmiyyəti ilə bağlı fikirlərinə də yer verilir.

Həmin kateqoriyadan