- Baxış sayı: 37
- 26 Sentyabr 2026 14:28
- Baxış sayı: 122
- Sentyabr 25, 2026
- 0

Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman 10-cu Formula-1 Azərbaycan qran prisinin qonağı olub.
Allsport.az xəbər verir ki, səfər çərçivəsində diplomat Bakı şəhər halqasının yenilənmiş paddokunu və media mərkəzini ziyarət edib.
Dunkan Norman akkreditasiya mərkəzi, jurnalist və fotoqraflar üçün iş otaqları, həmçinin mətbuat konfransı zalı ilə tanış olub. Qeyd edilib ki, qran pri günlərində media mərkəzində 300-ə yaxın yerli və xarici media nümayəndəsi fəaliyyət göstərir.
Səfir yerli media nümayəndələri ilə görüşündə Azərbaycan qran prisi ilə bağlı təəssüratlarını bölüşüb. O, Bakıda keçirilən yarışın əsas xüsusiyyətlərindən birinin azarkeşlərə Formula-1 mübarizəsini izləməklə yanaşı, şəhərlə və onun görməli yerləri ilə tanış olmaq imkanı yaratdığını bildirib:
“Bu mövsüm Formula-1-də beş britaniyalı pilot yarışır və onlardan ikisi dünya çempionudur. Onların hər birinə uğurlar arzulayıram və britaniyalı pilotlardan birinin Bakıda qalib gəlməsinə çox şad olaram”.
Formula-1 üzrə ilk dünya çempionatı yarışı 1950-ci ildə Böyük Britaniyanın “Silverstoun” trasında keçirilib.