- Baxış sayı: 41
- 22 Sentyabr 2026 16:53
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

BBC nəşri Britaniyanın ən yaxşı idmançısı adına namizədlərin qısa siyahısını dərc edib.
Allsport.az xəbər verir ki, siyahıda Ben Stouks (kriket), Dina Eşer Smit (atletika), Rahim Sterlinq (futbol), Alun Uin Cons (reqbi), Lüis Həmilton (“Formula 1”) və Katarina Conson-Tompson (atletika) yer alıb.
Qalibin adına dekabrın 15-də canlı yayımda səsvermə yolu ilə aydınlıq gətiriləcək. Namizədlərdən Lüis Hemilton bir dəfə – 2014-cü ildə Britaniyada ilin idmançısı seçilib. Ötən il isə qələbəni velosipedçi Geraynt Tomas qazanıb.