Bu gün daha 3 fudokançımız mübarizə aparacaq

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, bu gün şobu ippon versiyasında Ülvi Məmmədov, Əsəd İmanov və Nicat Əsədov mübarizəyə qoşulacaqlar. 
Bundan əvvəl fudokançılarımızdan uşaqlar arasında Elməddin Səlimli qızıl, 18-21 yaşlı idmançılar arasında Əsəd İmanov gümüş, Nicat Əsədov isə bürünc medal qazanıblar.
Azərbaycan komandası şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan