- Baxış sayı: 45
- 15 May 2026 11:57
- Baxış sayı: 40
- May 15, 2026
- 0

Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millimiz Avropa çempionatını 6 medalla başa vurub. Allsport.az saytı xəbər verir ki, Bolqarıstan Samokov şəhərində keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əli Cavadlı (45 kq) təəssüratlarını bölüşüb:
“Avropa çempionu olduğum üçün çox sevinirəm. Yarışa uğurlu başladım. İlk görüşüm Bolqarıstan idmançısına qarşı oldu və 8:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldim. 1/4 finala Ermənistan təmsilçisini 7:1 hesabı ilə məğlub etdim.
Yarımfinalda Gürcüstan güləşçisinə 7:6 hesabı ilə qalib gəldim. Finalda isə Rusiya idmançısını 9:1 hesabı ilə məğlub edərək qızıl medal qazandım. Finalda güləşi hücum uslubunda qurdum. Görüş başlayandan aktivliyi mən aldım və parter vəziyyətində üstünlük əldə edərək qələbə qazandım.
Bu qələbəni şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. Əsas hədəfim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır”.