“Bu, təsəvvür etdiyim səyahət deyildi”

“Bu, təsəvvür etdiyim səyahət deyildi”

Pol Poqba “Monako”dan ayrılması ilə bağlı paylaşım edib.

Allsport.az xəbər verir ki, fransalı futbolçu paylaşımında klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib:

“Monako”, təşəkkür edirəm. Prezidentə, heyətə, komanda yoldaşlarıma və azarkeşlərə ilk gündən sonadək göstərdikləri etimad və dəstəyə görə minnətdaram.

Bu, təsəvvür etdiyim səyahət deyildi. Lakin məhz burada yenidən meydana qayıtdım və buna görə həmişə minnətdar olacağam. “Monako” həmişə xüsusi yer tutacaq”.

Həmin kateqoriyadan