- Baxış sayı: 36
- 18 İyul 2025 22:16
- Baxış sayı: 208
- İyul 17, 2025
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşıdan gələn “UFC Fight Night: Hill vs Rountree Jr.” turniri ilə bağlı fikrini bölüşüb.
Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib.
O, özünün də döyüşləri canlı izləyəcəyini bildirib: “Hamını 21 iyunda Bakı kristal zalına gəlməyə və azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. Məkanda Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”.
UFC turnirində Azərbaycanı Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcək.