“Bu yarışda İrina və Asimandan medal gözləyirik”

Sabah paytaxtda karate-1 premyer liqası başlayacaq. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına idman kompleksində 3 gün davam edəcək yarışda planetin ən reytinqli kimono ustaları mübarizə aparacaqlar. Bu gün “Naxçıvan-Həyat” mehmanxanasında mətbuat konfransında AMKF-in prezidenti Yaşar Bəşirov hazırlıqla bağlı bunu söylədi:

“Dünya və Avropa karate federasiyasının prezedenti Antonio Espinos ölkəmizə 5-ci dəfədir səfəridir. İşinin çox olmasına rəğmən, 4 gün Bakıda olacaq. Bu, böyük hörmətdir. O, həmişə bizdən razı olub. Çalışacağıq ki, karate-1 premyer liqasını yüksək səviyyədə təşkil edək. Bu yarışda İrina Zaretskaya və Asiman Qurbanlıdan medal gözləyirik”.

Həmin kateqoriyadan