“Buna da nəsə deyəcəksiniz?”

“Buna da nəsə deyəcəksiniz?”

“Santos”un hücumçusu Neymar kart oyunları ilə məşğul olmasının futbol karyerasına mane olmadığını bildirib.

Allsport.az xəbər verir ki, braziliyalı futbolçu poker turnirində iştirakına görə ünvanlanan tənqidlərə sosial şəbəkə hesabında cavab verib:

“İnsanlar daim poker oynamağımdan danışırlar. Amma bu gün səhər məşq etdim. Son oyunu buraxdım, çünki yenicə məşqlərə qayıtmışdım. Poker turnirinə isə istirahət günüm olan vaxt getdim. Hazırda növbəti məşqə hazırlaşıram. Bir şey də soruşmaq istəyirəm: mənə məşq etməyə icazə var, yoxsa buna görə də nəsə deyəcəksiniz?”.

34 yaşlı futbolçu San Pauluda keçirilən poker turnirində göründükdən sonra sosial şəbəkələrdə tənqid olunmuşdu. O, həmin vaxt “Santos”un Braziliya çempionatında və Cənubi Amerika kubokundakı son oyunlarında iştirak etməmişdi.

Xatırladaq ki, Neymar DÇ-2026-da Braziliya millisinin heyətində 2 oyun keçirib və 1 qol vurub.

Həmin kateqoriyadan