- Baxış sayı: 1
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0

“Barselona”nın müdafiəçisi Erik Qarsiya məşq zamanı zədələnib.
Allsport.az xəbər verir ki, təcrübəli futbolçu komanda yoldaşı Rodri ilə toqquşma nəticəsində burnunu sındırıb.
Tibbi müayinələrin nəticəsi ciddi narahatlığa əsas verməyib və bu zədə onun yaşıl meydanlara çıxmasına mane yaratmayacaq. Bununla belə, Qarsiya zədənin ağırlaşmaması üçün qarşıdakı matçlarda xüsusi qoruyucu maskadan istifadə edəcək.
Bu gün qoruyucu maska ilə kollektiv məşqlərə qatılan müdafiəçinin İspaniya çempionatının növbəti turunda “Levante”yə qarşı keçiriləcək səfər matçında iştirakı gözlənilir.