- Baxış sayı: 27
- 31 İyul 2026 23:58
- Baxış sayı: 209
- İyul 30, 2026
- 0

“Əl-Hilal”ın müdafiəçisi Joau Kanselu klubun düşərgəsinə qoşulmadığı üçün cərimə ilə üzləşə bilər.
Allsport.az xəbər verir ki, portuqaliyalı futbolçu komandanın Avstriyada keçirilən mövsümöncəsi təlim-məşq toplanışına qatılmayıb.
Kanselunun bu vaxt Portuqaliyada olduğu və agenti Jorje Mendeşin onun “Barselona”ya qayıdışı ilə bağlı danışıqlar apardığı bildirilir.
“Əl-Hilal” rəhbərliyi klubun daxili qaydalarını pozduğu üçün futbolçuya intizam cəzası tətbiq etməyi nəzərdən keçirir. Onun düşərgədə olmaması tərəflər arasındakı danışıqları da gərginləşdirib.
Bununla belə, “Barselona” keçidi 10 milyon avrodan aşağı məbləğə rəsmiləşdirəcəyinə inanır və transferin yaxın vaxtlarda başa çatacağını gözləyir.