Cahangir Babayev Tokio-2020-də

Avropa karate federasiyası hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio yay olimpiya oyunlarını idarə edəcək 15 hakim sırasına daxil edilib. Allsport.az xəbər verir ki, beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən dünya karate federasiyasının (WKF) hakimlər komitəsi bu qərara gəlib.

Milli karate federasiyası hakimlər komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, “Əməkdar məşqçi”, eləcə də “Qaraqaplan” klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın ən yaxşı hakimi seçilib.

O həmçinin son iki İslam həmrəyliyi oyunları və Avropa oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa oyunlarında məhsuldar fəaliyyətinə görə Babayev Azərbaycan Prezidentinin “Fəxri fərmanı” ilə təltif edilib.

Həmin kateqoriyadan