“Çelsi” və “Monako”nun keçmiş direktoru Səudiyyə Ərəbistanı liqasının rəhbərliyinə qatılıb

“Çelsi” və “Monako”nun keçmiş direktoru Səudiyyə Ərəbistanı liqasının rəhbərliyinə qatılıb

Keçmiş nigeriyalı futbolçu Maykl Emenalo Səudiyyə Ərəbistanı liqasının futbol əməliyyatlarının direktoru təyin ediləcək.

Allsport.az xəbər verir ki, Emenalo 1985-1995-ci illərdə Nigeriya millisində 14 oyun keçirib, Belçika, Almaniya, İspaniya və Amerika komandalarında çıxış edib.

2010-cu ildə Maykl “Çelsi”də köməkçi məşqçi olub, 2011-ci ildə isə komandanın texniki direktoru vəzifəsinə keçib və 2017-ci ilə qədər orada çalışıb. 2017-2019-cu illərdə Emenalo “Monako”nun texniki direktoru olub.

Emenalonun “Çelsi”də olduğu müddətdə klub üç dəfə premyer liqanın qalibi olub, 4 dəfə İngiltərə kubokunun qalibi olub, həmçinin çempionlar liqası və Avropa liqasının qalibi olub.

Həmin kateqoriyadan