Çempion 25 futbolçu sifariş etdi

Azərbaycan çempionu “Qarabağ” Topaz Premyer Liqasının yeni mövsümün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Allsport.az xəbər verir ki, siyahıda cəmi 25 futbolçunun adı yer alıb.

Onlardan ikisi qapıçı, səkkizi müdafiəçi, on üçü yarımmüdafiəçi, cəmi ikisi hücumçudur.

Qapıçılar: İbrahim Şehiç, Fərhad Vəliyev;

Müdafiəçilər: Bədavi Hüseynov, İlqar Qurbanov, Ansi Aqolli, Rəşad Sadıqov, Maksim Medvedev, Mahir Mədətov, Elvin Yunuszadə, Eltun Yaqublu;

Yarımmüdafiəçilər: Çumbinyo, Cavid Tağıyev, Namiq Ələsgərov, Riçard Almeyda, Namiq Yusifov, Qara Qarayev, Əlhərbi Əl-Jadeyui, Əfran İsmayılov, Coşqun Diniyev, Vüqar Mustafayev, Elvin Məmmədov, Dani Kintana, Azər Salahlı;

Hücumçular: Reynaldo, Raydell Pupon.

Baş məşqçi: Qurban Qurbanov.

Həmin kateqoriyadan