Çempion karateçi Ayxan Mamayev “Bir Azərbaycanlı”da

Karate yığmamızın aparıcı üzvlərindən olan Ayxan Mamayev (84 kq) də
“İl’Azero” idman brendinə müraciət edib. Allsport.az saytı xəbər verir ki, “Bir Azərbaycanlı”nı fəxrlə geyinərək müxtəlif poz verən 27 yaşlı kimono ustası milliyə sayğısını nümayiş etdirib.

Kumitedə qitə çempionu (2014), Bakı-2015 Avropa və 3 dəfə İslam oyunlarının (2013-də şəxsi, komanda; 2017) qalibi olan Ayxan Mamayevin başlıca hədəfi Tokio olimpiadasıdır. O, dövlət mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilib.

Həmin kateqoriyadan