Çempionlar liqası oyunu təxirə salınır?

Çempionlar liqasının yarımfinal mərhələsinin “Barselona” – “İnter” oyunu İspaniyada elektrik enerjisinin kəsilməsi səbəbindən təxirə salına bilər.

Allsport.az xəbər verir ki, İtaliya təmsilçisi bu gün günortadan sonra Kataloniyanın paytaxtına çatmağı planlaşdırdığı bildirilir. Lakin elektrik enerjisinin kəsilməsinə görə onların səfəri təhlükə altındadır.

Bundan əlavə, “Reuters” agentliyinin məlumatına görə, İspaniya daxili işlər nazirliyi bunu tələb edən bölgələrdə fövqəladə vəziyyət elan etməyi planlaşdırır.

Qarşılaşma aprelin 30-da, saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan