Ceyhun Məmmədov ESF-in vitse-prezidenti seçilib

Tatarıstan paytaxtə Qazanda Avropa Sambo Federasiyasının (ESF) Hesabat-Seçki Konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Sergey Yeliseyev yekdilliklə növbəti 4 il müddətinə ESF-in prezidenti seçilib.
13 nəfərlik İK üzvlüyünə seçilənlər arasında Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov yer alıb. 9-qat dünya, 6-qat Avropa çempionu həm də ESF-in vitse-prezidenti seçilib. Digər vitse-prezidentlər bolqarıstanlı Rumen Stoylovla yunanıstanlı Merabi İliadis, baş katib italiyalı Roberto Ferrari olub.

 

Həmin kateqoriyadan