- Baxış sayı: 90
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

İspaniyanın “Atletiko” klubunun futbolçusu Aleksandr Sörlot zədələnib.
Allsport.az xəbər verir ki, norveçli hücumçunun əzələsində problem aşkarlanıb.
Oyunçunun bərpası təxminən dörd həftə çəkəcək. O, buna görə mövsümün ilk turlarını buraxmalı olacaq.
Xatırladaq ki, Aleksandr Sörlot ötən mövsüm bütün turnirlərdə 54 oyuna 20 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.