Çimərlik futbolu üzrə İsveçrə millisi Avropa Oyunlarına hazırlığı davam etdirir

“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlarda mübarizə aparacaq İsveçrə yığması yoldaşlıq görüşləri keçirib. Allsport.az xəbər verir ki, Avropa Oyunlarında Azərbaycan, Portuqaliya və Ukrayna ilə “A” qrupunda mübarizə aparacaq İsveçrə yığması İspaniyada təlim-məşq toplanışı çərçivəsində İngiltərə və Estoniya millilərinə qarşı oyun keçirib.

İsveçrəlilər İngiltərə yığmasını 4:1, Estoniya yığmasını isə 13:3 hesabı ilə məğlub ediblər.

Həmin kateqoriyadan