“Çindən, ərəblərdən qat-qat yüksək olan təklifdən imtina etdim”

Allsport.az saytı xəbər verir ki, “Sion”un hücumçusu Mario Balotelli, “Marsel”də oynayarkən Çin klublarından birinin maliyyə baxımından çox sərfəli təklifindən imtina etdiyini deyib.

“Çindən gələn təklifdən imtina etdim, ərəb təklifindən qat-qat yüksək idi. Mən futbol oynamağa və Fransada qalmağa üstünlük verdim”.

Balotelli 2019-cu ilin ilk yarısında “Marsel”də çıxış edib. 33 yaşlı futbolçu ötən mövsüm İsveçrə klubunun heyətində 21 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan