Çingiz Hüseynzadə: Komandamızın hazırlığı yüksək səviyyədədir

“Bakıda keçiriləcək Avropa gənclər olimpiya festivalında ilk dəfə tam heyətlə iştirak edəcəyik. Komandamızın hazırlığı yüksək səviyyədədir. Çalışacağıq ki, ilk onluğa daxil olaq. Əminik ki, Azərbaycan idmançıları festivalda uğurla çıxış edəcəklər”.

Allsport.az saytı xəbər verir ki, bu sözü milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O qeyd edib ki, olimpiya festivalının proqramına ilk dəfə güləş yarışları salınıb.

Bu da komandamızın ümumi hesabda uğur qazanması üçün əlverişli imkandır. Medal gözləntiləri əsasən güləşçilərimizdən və cüdoçularımızdan olsa da, atletika və digər idman növlərində də medallar ola bilər.

Həmin kateqoriyadan