Çingiz Hüseynzadə: Vacib olan idmançılarımızın sağlamlığıdır

“Tokio-2020 yay olimpiya oyunlarının təxirə salınması bizi ruhdan salmamalıdır. Təbii ki, vacib olan idmançılarımızın sağlamlığıdır. Azərbaycanda sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanla məşğul olmağın əhəmiyyəti, olimpiya hərəkatının təbliği, lisenziyalarıın sayının artırılması istiqamətində fəaliyyət də davam etdiriləcək ”.

Allsport.az saytı xəbər verir ki, bu sözü MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O, beynəlxalq olimpiya komitəsinin koronavirus pandemiyası səbəbindən “dördilliy”in 2021-ci ilə keçirilməsi haqda qərar qəbul etməsini şərh edərkən bunu deyib:

“İdmançılarımızın oyunlarda iştirak əzminin yüksək olduğu bir şəraitdə BOK-un bu qərarı verməsi onların ruh yüksəkliyinə və hazırlıqları daha böyük inamla davam etdirmələrinə mane olmayacaq. İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcəkdir”.

Həmin kateqoriyadan