- Baxış sayı: 44
- 16 İyun 2026 22:15
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa olimpiya komitəsinin olimpiya oyunları komissiyasının iclası öz işinə başlayacaq.
Allsport.az saytı xəbər verir ki, ANOK-un baş qərargahında keçiriləcək bu toplantıda Avropa idman modeli, Tokio-2020 yay olimpiya oyunlarına hazırlıq, Avropa olimpiya komitəsinin Şamorin iclası, olimpiya xartiyasının 40-cı və 50-ci maddələri müzakirə olunacaq məsələlər siyahısındadır.
Qeyd edək ki, komissiyanın üzvlərinə Belarus, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosovo, Polşa, Rusiya, Malta, Norveç, San-Marino, Moldova və Böyük Britaniya kimi ölkələrdən nümayəndələr daxildir.