- Baxış sayı: 206
- 24 Noyabr 2026 22:57
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatların təqdimetmə mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, milli gimnastika arenasında baş tutan mərasimdə sertifikatları beynəlxalq cüdo federasiyasının təhsil və məşqçilik üzrə direktoru Məhəmməd Meridja təqdim edib.
7-ci dan dərəcəsinə Elçin İsmayılov və Fərhad Məmmədov layiq görülüblər. 6-cı dan dərəcəsi isə Elxan Məmmədov, İrina Kindzerska, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova təqdim olunub.
Dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.