“Öncə başqa ermənini də məğlub etmişdim”

“Final görüşü çox dramatik keçdi. Gərgin mübarizənin sonunda qalib gəldim. Çox sevincliyəm. Azərbaycana daha bir qızıl medal bəxş etdim. Allaha şükürlər olsun”.

Allsport.az xəbər verir ki, bunu öz açıqlamasında I MDB oyunlarının qalibi olan Azərbaycan samboçusu Elvin Bağırov deyib. 64 kq-da mübarizə aparan idmançı sonra qeyd edib:

“Belə mübarizədə həyacanın olması normaldır. Son saniyələrdə məşqçi deyirdi ki, vaxta az qalıb və hər şey yaxşı olacaq. Yaxşı da oldu. Bu rəqiblə əvvəllər qarşılaşmamışam. Rəqibin çox güclü olduğunu bilirdim. Asiya oyunlarının qalibidir. Qalib gəldiyim üçün çox sevincliyəm.”

Elvin, yarımmfinalda məğlub etdiyi Ermənistan təmsilçisi Aram Ağacanyanın da güclü idmançı olduğunu sözlərinə əlavə edib: “Onu 2:1 hesabı ilə məğlub etdim. Bu idmançı ilə ilk dəfə üz-üzə gəlirdim. Əvvəl Avropa çempionatında da başqa ermənini məğlub etmişdim”.

Həmin kateqoriyadan