“Daha yaxşı hazırlaşdıq”

“Daha yaxşı hazırlaşdıq”

“Qəbələ”nin məşqçisi Amil Ağacanov premyer liqanın 4-cü turunda “İmişli” üzərində qazanılan qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis doğma meydanda 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra fikirlərini bildirib:

“Üç oyundan sonra 1 xalımız var idi. Komandamızda bəzi dəyişikliklər oldu. Ondan sonra məşqçilər heyəti olaraq keçirdiyimiz oyunları analiz etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” komandası uzun toplardan çox istifadə edir və standart vəziyyətlərdə yaxşı oynayır. Buna uyğun planla hazırlaşdıq.

Şükürlər olsun ki, qələbə qazandıq. Qələbə münasibətilə bütün futbolçuları, azarkeşləri, ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm”.

Həmin kateqoriyadan