- Baxış sayı: 45
- 16 Avqust 2026 23:21
- Baxış sayı: 604
- Avqust 12, 2026
- 0

Misli premyer liqasının 1-ci turunda “Sabah”la oyundan sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədov açıqlama verib.
Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə danışıb:
“Hazırda Azərbaycanın ən güclü komandalarından biri ilə oynadıq. Biz isə heyətinin böyük hissəsi yeni futbolçulardan ibarət kollektivik. Buna baxmayaraq, oyunçularımız pis təsir bağışlamadılar, özlərini yaxşı tərəfdən göstərdilər. Onlara təşəkkürümü bildirirəm.
Çempionat yeni başlayıb. Düşünürəm ki, komandamız qarşıdakı turlarda daha yaxşı oyun nümayiş etdirəcək. Azarkeşlərə də sonadək göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.