Daliç millinin heyətini müəyyənləşib

Daliç millinin heyətini müəyyənləşib

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç,komandanın Millətlər liqasının “Dördlər finalı”da iştirak edəcək 23 futbolçunun adını açıqlayıb.

Allsport.az xəbər verir ki, Yarımmüdafiəçi Marselo Brozoviç iyunun 11-dən sonra komandaya qoşulacaq.

Xorvatiya iyunun 14-də yarımfinalda Niderland ilə qarşılaşacaq. İkinci finalçı iyunun 15-də İspaniya – İtaliya matçında müəyyənləşəcək. 

Final oyunu iyunun 18-də Rotterdamdakı stadionda keçiriləcək. 3-cü yer uğrunda görüş də iyunun 18-də Enşededə baş tutacaq.

Xorvatiya yığmasının heyəti belədir:

Qapıçılar – Dominik Livakoviç, İvitsa İvuşiç, Nedilko Labroviç;

Müdafiəçilər – Domaqoy Vida, Borna Barişiç, Yosip Yuranoviç, Coşko Qvardiol, Borna Sosa, Yosip Stanişiç, Yosip Şutalo, Martin Ertiç;

Yarımmüdafiəçilər – Luka Modriç, Mateo Kovaçiç, Marselo Brozoviç, Mario Paşaliç, Nikola Vlaşiç, Lovro Mayer, Luka İvanuseç, İvan Perişiç;

Hücumçular – Andrey Kramariç, Bruno Petkoviç, Marko Livaya, Petar Musa.

Həmin kateqoriyadan