DÇ-2026 dünya çempionatlarının rekordunu yenilədi

DÇ-2026 dünya çempionatlarının rekordunu yenilədi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 dünya çempionatları tarixinin yeni rekorduna imza atıb.

Allsport.az xəbər verir ki, mundialda ümumilikdə 308 qol vurulub.

Bu göstərici dünya çempionatları tarixində ən yüksək nəticədir.

Əvvəlki rekord 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qeydə alınmışdı. Həmin turnirdə 64 oyunda 172 qol vurulmuşdu.

Orta məhsuldarlıq baxımından da DÇ-2026 Qətər mundialını geridə qoyub. Şimali Amerikada keçirilən turnirdə hər oyuna orta hesabla 2,96, DÇ-2022-də isə 2,69 qol düşüb.

DÇ-2026 ilk dəfə 48 komandanın iştirakı ilə və 104 oyundan ibarət yeni formatda təşkil olunub. Finalda İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib. Mundialın son qolunu əvəzedici kimi meydana daxil olan Ferran Torres vurub. Ona məhsuldar ötürməni Niko Uilyams edib.

Həmin kateqoriyadan