- Baxış sayı: 34
- 30 İyun 2026 21:26
- Baxış sayı: 64
- İyun 30, 2026
- 0

Texas dövlətinin Dallas şəhərində Dünya Kubokunun 1/16 finalının 4-cü oyununda Norveç və Fil Dİşi Sahili milliləri qarşılaşıblar.
Allsport.az saytı xəbər verir ki, görüşə afrikalılar üstün başlasalar da, ilk qol avropalılardan gəlib. 21 yaşlı Antonio Nusa sol cinahdan gözəl hərəkətlə topu uzaq küncə göndərib.
2-ci yarıda Kot-d’İvuar fəallığı bir qədər də artırıb. Bunun məntiqi nəticəsi kimi 74-cü dəqiqədə Amada Diallo hesabı bərabərləşdirib. Amma oyunun sonunda sadə bir səhv onlara çox başa başa gəlib.
86-cı dəqiqədə nəzarətsiz qalan Erlinq Haland topu rahat şəkildə qapıya göndərib – 2:1. Bununla da skandinaviyalılar tarixi nəticəyə nail olaraq ilk dəfə 1/16 final səddini aşıblar.
Norveç iyulun 5-də 1/8 finalda Braziliya ilə qarşılaşacaq.