De Byazi AFFA ilə müqaviləni pozacaq?

Baş məşqçimiz Canni de Byazi Yunanıstan millisinə rəhbərlik edə bilər. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssisin AFFA ilə müqaviləsinin olmasına rəğmən, o, Azərbaycanı tərk etməyə hazırdır.

Bu səbəbdən, 65 yaşlı çalışdırıcı Yunanıstan futbol federasiyasına təklif olunub. Ondan başqa, Cennaro Qattuzo və Roberto Donadoni də namizədlər sırasındadır. Lakin de Byazi YFF-də ən çox bəyənilən şəxsdir.

AFFA dekabrın 2-də onunla müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb. O, 2020-ci ildən yığmamızı çalışdırır.

Həmin kateqoriyadan