- Baxış sayı: 35
- 13 May 2026 23:38
- Baxış sayı: 113
- May 13, 2026
- 0

Albaniya paytaxtı Tiranada keçirilən Avropa çempionatında məşhur dağıstanlı bahadır ƏbdülRəşid Sədullayev növbəti dəfə baş mükafatı qazandı. Allsport.az saytı xəbər verir ki, onu təbrik edənlər arasında Dünya güləş birliyinin azərbaycanlı büro üzvü Namiq Əliyev də oldu.
Həmyerlimiz yarışdan sonra onunla söhbət etdi, öz nəsihətini verdi, onu Rusiya güləş federasiyasının prezidenti Mixail Mamiaşviliyə öydü. AGF-in vitse-prezidenti arzuladı ki, istedadlı idmançı 3-cü dəfə olimpiya çempionu olsun.
Xatırladaq ki, ölkəmizin yunan-Roma və sərbəst güləş yığmaları komanda hesabında Avropa çempionatının zirvəsində yer aldılar.