FOTO
İdman müxbirinin gedişi boksçunu nokauta saldı: “Həyatıma geri qayıt, səni sevirəm”

İtaliyanın DAZN kanalının idman reportyoru Diletta Leotta boksçu Deniele Skardino ilə münasibətlərini kəsib. Allsport.az xəbər verir ki, gözəl teleaparıcı boksçunu tərk etməyə qərar verib.

Məlumatlara görə, Daniele Dilettanın şəxsi işlərinə müdaxilə edib və qadın bundan bezərək, boksçunu həyatından birdəfəlik qovub.

Apennin yarımadasının ən yaxşı boksçularından biri olan Skardino “Chi” jurnalına verdiyi müsahibədə ayrılığa dözmədiyini dilə gətirib:

“Mən onu sevirəm. Onu aldatmadım və həyatımın mənə gətirə biləcəyi ən yaxşı an odur. Mən boksçuyam və özümü yerə atmıram, amma o, məni tərk etdiyi üçün sanki döyülmüşəm. Mən Dilettanı yenidən istəyərəm, onu geri qazanmağa hazıram”.

Ancaq buna nail olacağına inanmaq çətindir. Çünki Diletta yay tətilini çimərliklərdə keçirir və yeni mövsüm üçün enerji toplayır. Məşhur jurnalistin həyatında yeni sevgilisinin kim olacağı maraqla gözlənilir.

Həmin kateqoriyadan