DİN İC-də Qələbə gününə yarış

Daxili işlər nazirliyinin idman cəmiyyətində faşizm üzərində qələbənin 74-cü ildönümünə kombat ciu citsu üzrə yarış keçirilib.

Allsport.az saytı xəbər verir ki, yeniyetmələr və gənclər arasında keçirilən tədbirin açılışında cəmiyyətinin sədri, olimpiya, dünya və Avropa çempionu Zemfira Meftəhəddinova Böyük vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışıb.

Sonra qurumun sədr müavini Elçin Rüstəmov qaydalar barədə məlumat verib. Birincilikdə müxtəlif yaş qrupunda və çəki dərəcələri üzrə 50 idmançı öz gücünü sınayıb. Yarışı əməkdar məşqçi Rəsul Məmmədov idarə edib. Sonda qaliblərə diplom və medallar təqdim olunub.

Həmin kateqoriyadan